
"RegionTV.info"nun məlumatına görə hadisə Masazır qəsəbəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Hüseynova Zeynəb Bahəddin qızı ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsində yerə yıxılıb.
O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bədənin müştərək xəsarət travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.