Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndi, Ağdərə, Xocavənd, Xocalı ilə bağlı daha bir açıqlama

"Prezident həm 44 günlük müharibə dövründə 30-dan çox nüfuzlu media orqanlarına verdiyi müsahibələrində, həm də dünənki mətbuat konfransında tarix, siyasət, diplomatiya və hüquqdan dərs keçdi"
 
"RegionTV.info"  xəbər verir ki, Bunu Milli Məclisin Xocalından olan deputatı Elman Məmmədov deyib.
 
Deputatın sözlərinə görə, ölkə başçısı cəsarətini, qətiyyətini və müdrikliyini ona ünvanlanmış suallara verdiyi əsaslandırılmış cavablarla bir daha sübut etdi.
 
“Ermənilərin fikri, onların iddia, şərh qoymaq məsələləri 2020-ci ilin 27 sentyabrından arxada qaldı. 44 günlük mühəribədə Azərbaycan bu məsələdə olan problemlərə, müxtəlif fikirlərə, baxışlara nöqtə qoydu, qalib gəldi. Düşmən məhv oldu və bu gün də məhv olmaqda davam edir. Ermənistandakı siyasi vəziyyət hamıya bəllidir. Ermənilərin nə deməsi qətiyyən bizi maraqlandırmır. Prezident İlham Əliyevin dediyi kimi şərti, tələbi biz qoyuruq. Nəyin, necə olacağını biz diktə edirik. Necəki rayonlarımızı işğaldan azad etmişik, Xocalı da tör-töküntülərdən təmizlənəcək, düşmən cəzasını alacaq. Xankəndi, Ağdərə, Xocavənd ərazisində də o proses baş verəcək. Sadəcə olaraq müəyyən zamana ehtiyac var. Beynəlxalq aləmdə baş verən hadisələrlə lazım gələndə hesablaşmaq məcburiyyətində qalırıq. Ancaq güclü Azərbaycanımız və güclü ordumuz var. Bu ordunun güclü Ali Baş Komandanı var. Hər şey Azərbaycanın istədiyi kimi olacaq və biz Xocalıya qayıdacağıq”.
 
E.Məmmədov qeyd edib ki, torpaqlarımızda bundan sonra da Azərbaycan bayrağı dalğalanacaq: “Bütün Qarabağ ərazisində, o cümlədən Xocalı da Azərbaycan qanunları işləyəcək. Azərbaycan ərazisində yaşayanlar milliyətindən, kimliyindən asılı olmayaraq Azərbaycan pasportunu daşıyacaq, Azərbaycan vətəndaşlığını qəbul edəcək. Əks təqdirdə vətəndaşımız olmayan, qanunlara tabe olmayanlar ərazilərimizdə yaşamayacaq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də