
"RegionTV.info" xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.
Q.İbadoğlu bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb: “AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula uçuşa artan tələbatdan sui-istifadə edərək, gediş gəliş biletini dəfələrlə bahalaşdırıb. AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti indiyə qədər geri qaytarmayıb. Bəlkə də Cahangir Əsgərov AZAL-ın işçilərinin əmək haqlarını qəsdən vermir ki, bu ilin büdcəsindən də maliyyə yardımı alsın”.
İqtisadçı hamını bu vəziyyətə etraz etməyə səsləyib: “Sizi aşağıdakı kampaniyaya qoşulmağa, bu postu maksimum paylaşmağa dəvət edirəm.
AZAL-ın monopoliyasına son! Həqiqi rəqabət mühiti üçün ölkəyə başqa aviaşirkətlərin buraxılması səlahiyyəti AZAL-dan alınsın! Rəqabətli mühit, ucuz biletlər istəyirik”