
"RegionTV.info" xəbər verir ki, bu barədə müxalifət liderlərindən biri Qeqam Manukyana istinadən "İnterfaks" agentliyi bildirib.
"İndi Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələrinin komandirləri və şəxsi heyəti Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına qoşuldular", - Manukyan deyib.
Lakin informasiya hələ rəsmi olaraq təsdiqlənməyib.
Daha əvvəl Paşinyan Baş Qərargah rəisinin istefası barədə təklifi yenidən prezidentə göndərib.