Azərbaycanda elə ailələr var ki, bir neçə üzvü eyni sahədə çalışır, yüksək səlahiyyət sahibidirlər və kifayət qədər də məşhurdurlar.
Onlardan biri Nəcəfovlar ailəsidir.
Bu ailənin 3 oğlu diplomatiya sahəsində sürətlə irəliləyirlər.
Onlardan Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycanın Rumıniyada səfiridir. O, 1985-1992 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, ixtisasca tarixçidir. Müxtəqillik illərində yenidən Moskvaya gedərək Rusiya Diplomatik Akademiyasında kurs keçib.
O, 1995-1998–ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-2010-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinin rəisi olub. 2015-ci ildə Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində baş konsulu təyin olunub. 2018-ci ildən isə Azərbaycanın Rumıniyada səfiri postunu tutur.
Digər qardaş Murad Nizami oğlu Nəcəfbəyli isə Azərbaycanın Estoniyada səfiridir. O, bundan əvvəl Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri olub. O da digər qardaşı kimi ali və akademik təhsilini Rusiyada alıb. 1994-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Digər qardaş, Eldar Nizami oğlu Nəcəfov isə Azərbaycan Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəis müavinidir.