Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlət başçısı yeni qanunun tətbiqi ilə bağlı hökumətə tapşırıqlar verib

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

"RegionTV.info"  xəbər verir ki, sərəncam Nazirlər Kabinetinə aşağıdakılar tapşırılıb:

Nazirlər Kabinetinin (NK) 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədilə iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, həmin Təlimata müvafiq dəyişikliklər etməlidir.
Həmçinin NK Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də