
"RegionTV.info" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,681 milyon dollar və yaxud 34,6% çoxdır.
Bu ilin ilk ayında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 95 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 686 min dollar və yaxud 87,85% azdır.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,01%-nə bərabər olub.