Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkan Vəlizadə: "Elza Seyidcahan məni təhqir etdi"

Müğənni Türkan Vəlizadə Əməkdar artist Elza Seyidcahanın tənqidlərinə cavab verib.
"RegionTV.info"  xəbər verir ki, sənətçi "Günə bir şou" proqramında Seyidcahanın onu təhqir etdiyini bildirib:
"Deyir ki, Türkan və Pərvizə qulaq asmıram. Amma sonra başladı bizim mahnını zümzümə etdi. Deməli, siz bizə qulaq asırsınız.

Onun dediklərini eşitməməzlikdən gəlirik. Elza və digər sənətçilər var ki, bizi təhqir edirlər. Böyükdürlər, cavab vermirik. Həm də öz tamaşaçılarımıza hörmətsizlik etmək istəmirik. Onların ixtiyarı yoxdur bizim tamaşaçıları təhqir etsinlər".

Qeyd edək ki, E.Seyidcahan "Məni öldürmək istəyirsinizsə, bir otağa salıb Türkan, Pərviz Bülbülə, damla və Şəbnəm Tovuzlunun mahnılarını səsləndirin" sözlərini demişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də