Türkiyənin İstanbul şəhərində dəhşətli hadisə baş verib.
"RegionTV.info"nun məlumatına görə, 22 yaşlı Ö.Özgə yeni doğulan kərpəsini soyuducunun buzluğuna qoyub. Uzun müddət buzluqda qalan körpə orada vəfat edib.
O, İstanbul Ağır Cinayətlər məhkəməsində çıxışı zamanı bu hadisəni törətdikdə özündə olmadığını, hazırda da psixoloji problemlərinin olduğunu bildirib:
“Ailəm övladımın olacağından xəbərsiz idi, anam və atam ilə problemlərim var idi. Məni rədd edərlər deyə çox qorxurdum. O vaxt valideyinlərim evdə deyildilər, Sultanqazidə olan evimizdə doğuş etdim, ailəm görməsin deyə körpəmi buzluğa qoydum. Bir müddət sonra yaşadığım yerə gələn yaxınlarım məni pis vəziyyətdə görüb, dərhal xəstəxanaya çatdırdılar. Etdiyim cinayəti həkimlərə dedim. Artıq çox gec idi, mən bunları bilərək və istəyərək etməmişəm, peşimanam”.
Hadisəni törədən qadın 25 il müddətində azadlıqdan məhrum edib.
Xəbəri paylaş