"Hərbi zəfər paradının Şuşada, Xankəndində qeyd ediləcəyi gün uzaqda deyil"
Yer üzünün cənnəti olan vətənimiz Azərbaycan. Təbii sərvətlər ilə zəngin, qədim sivilizisiya və mədəniyyətlərin kəsişdiyi tarixi məkanımız. Məhz bundan dolayı zamanla yadelli işğalçıların hücumuna məruz qalan odlar yurdumuz. Doğma torpağı uğrunda daima qəhrəmanlıqla vuruşmağa hazır olan Azərbaycan xalqı və bu yolda canindan keçərək, dillərə dastan olan igid ərənlər oylağımız.
Azərbaycan xalqının bu qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız yurdumuzu şərəflə qoruyaraq gələcək nəsillərə ötürmək üçün canlarından keçərək şəhid və qazi olurlar.
İlk Əlahiddə Azərbaycan hərb korpusu 1918- ci il iyunun 26- da Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaradılımışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycan dövlət quruculuğunun mühüm naliyyətlərindən biridir. Tarixi varislik ən ənələrinə uyğun olaraq görkəmli dövlət xadimi və həmdə peşəkar hərbiçi olan Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunu daha yüksək peşəkarlıqla həyata keçirmiş və 1998-ci il may ayının 22- də imzaladığı fərmanla 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü elan olunmuşdur.
Umummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başlatdığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün stareji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən ölkə başçısı, ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ölkəmizin son dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması, modernləşməsi, maddi texniki bazanın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər dövlətçiliyi və hərbi andı hər şeydən üstün tutan, hərbiçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam, peşəkar zabit və əsgər heyətinin döyüş ruhunu daha da yüksəltmişdir.
2016-cı il Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin şücaəti Ermənistan siyasi rejimi tərəfindən yaradılmış “keçilməz ordu istehkamları” mifini darmadağın etdi. 4-gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu, Lələtəpə və Talış yüksəklikləri düşməndən azad olundu. İşğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi. Ermənistan qüvvələri həmin ərazidən qovularaq çıxarıldı. O torpaqlarda şəhid qanı ilə boyanmış üçrəngli uca bayrağımız ucaldıldı.
2018-ci il Şərur rayonunun işğal altnda olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi. 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. Bu üstünlük bir daha ordumuzun şəxsi heyyətinin döyüş ruhunu daha da artırdı.
Müharibə varsa döyüş var, döyüş varsa Şəhid var. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi uğrunda canından keçən şəhid Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullar müasir qəhrəmanlıq əfasanəsinə dönərək ordunun zabit və əsgər heyyətinə igidlik nümunəsi oldu.
2020-ci ilin iyul ayının 12 -də Tovuz rayonunda Ermənistan Silahlı bölmələri atəşkəsi yenidən pozmağa cəhd etsələr də, səngərlərdə əsgərlərlərimiz , zabitlərimiz və gizirlərimiz ilə birgə generallarımızın mübarizəsi, döyüş hazırlığı, yüksək mənəvi-psixaloji ruhu, bu hücumların da qarşısını sərt şəkildə aldı.
Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız bu təlatümlü günlərdə onun yanında oldu, ümumxalq dəstək yürüşü keçirdi. İlham Əliyevin çağrışına dəstək olaraq 55.130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Onlar arasında qadınlar da vardı. Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrı ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı birgə mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulayıb. Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızlarımız “Qarabağ Azərbaycanındır!” şüarı adı altında Erməni təcavüzünə yox deyərək Azərbaycanın haqq səsini dünyaya çatdırmışlar.
Ali Baş Komandan vətən uğrunda şəhid olan qəhrəmanlarımızı unutmur, onların ailələrinin qayğısına qalır və qəhrəmanlıqlarını yüksək qiymətləndirir. Döyüşlərdə ön xəttə qəhrəmacasına həlak olmuş general Polad Həşimovun, palkovnik İlqar Mirzəyevin ailəsinə dərin hüznlə baş sağlığı verən prezident İlham Əliyev şəhid ailələrini evlə təmin etmişdir. Həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün şəhid və qazi ailələrinin xüsusi diqqət və qayğı ilə əhatə olunması üçün tapşırıqlar verilmişdir.
Bu çətin dönəmdə Azərbaycana dəstək olan ölkələr sırasında ilk qardaş Türkiyə yer aldı. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun çıxışı qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu.
Ermənistanın beyəlxalq hüquqa etinaslığına, təcavüzkar siyasətinin davam etdirməsinə Azərbaycan tərəfi sonadək səbr etməyəcək. Bu gün istər diplomatik sferada, istər hərbi müstəvidə üstünlük Azərbaycan tərəfindədir. Əgər danışıqlar prosesi Ermənistanın işğalçı siyasəti ucbatından nəticəsiz qalacaqsa, böyük gücə sahib şanlı Azərbaycan ordusu düşmən işğalında olan torpaqlarımızı hərb yolu ilə azad edəcək. Azərbaycanın üç rəngli bayrağının dalğalanacağı, hərbi zəfər paradının Şuşada, Xankəndində və digər işğal olunmuş torpaqlarda qeyd edəcəyi gün isə uzaqda deyil.
Abdullayeva Səbinə
Xətai Bələdiyyəsinin üzvü, gənc yazar