
"RegionTV.info" xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 820 manat pul və 4 812 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Şükürov və R.Əliyev saxlanılıblar.