Yemək sifarişi və çatdırılması bazarı bütün dünyada yüksək templərlə inkişaf edir. Bu trend ölkəmizdən də yan keçməyib.
Hazırda Bakı şəhərində yemək sifarişi və çatdırılması üzrə fəaliyyət göstərən restoranlar və onlayn xidmətlər günü-gündən artır, bazarın intensiv inkişaf mərhələsinə keçidi müşahidə edilir.
Bir sıra araşdırma sonucu olaraq yerli bazarda yer alan və cəmi 3 ay ərzində Bakıda yüzlərlə istifadəçi və restoran qarşısında uğur qazanan yerli çatdırılma şirkəti olan Voop ilə bağlı danışmaq istərdik. Voop yerli bazarda həm Azərbaycan brendi olaraq, həm də aktiv şəkildə sifarişlərini artıra bildiklərinə görə ortaq tərəfdaş restoranların ciddi marağına səbəb olub və etimadlarını qazanıb.
Şirkət artıq 200-dən çox əməkdaşlıq müqaviləsi imzalayıb, onların daxində bir çox dünyanın aparıcı brendləri yer alır. 100-ə yaxın kuryer və 35 gənc mütəxəssislər komandası ilə uğurla fəaliyyət göstərir.
Voop yerli yemək çatdırılma xidməti ideyasının yaranması ilə bağlı şirkət sahibləri ilə söhbətimizdə bunları qeyd etmişdilər: "Bir neçə ay öncə dostlar ilə sahibkarlıq fəaliyyəti ilə bağlı müzakirələrin birində söhbət yerli markalara yönəldi. Xarici məhsulun "Bizim olmayan hər şeyin yüksək səviyyədə olması" səbəbilə ən yaxşısı olduğuna dair bir açıqlama səsləndi. Bildirilən bu fikir bizi bu problemin reallığına dair düşünməyə vadar etdi.
"Made in Fireland!" devizi altında bir məhsul yaratmağa qərar verdik. Voop-un məhsul keyfiyyəti və etibarlılığı ilə rəqiblərindən fərqlənməsi, bununla da yerli bir markanın xarici şirkətlərdən üstün ola biləcəyini sübut etmək bizim üçün çox vacib idi. Proqramçılar ilə birlikdə bu fikri həyata keçirməyi bacardıq.
Təbii ki, planlarımız bununla bitmir. Bir sonrakı mərhələlər üçün böyük məqsədlərimiz var. Onlardan ən önəmlisi çatdırılma ərazimizi genişləndirmək, yeni partnyorlar ilə əməkdaşlığa başlamaq və uğurumuzu bizim üçün dəyərli olan hər bir müştərimizə sübut etməkdir".
Voop-un əsas xüsusiyyəti təklif olunan universal ödəmə üsulları, Bonus sistemi və unikal promokodlardır. Voop çatdırılma xidməti tam üç ödəmə üsulu təklif edir: nağd, bank kartı ilə və MilliÖn və ExspressPay terminalı ilə doldurula biləcək Voop Balans vasitəsi ilə. Əlavə olaraq, Voop mobil tətbiqində 2 yol ilə Bonus qazanmaq mümkündür.
- Unikal promokodunuzu dostunuz ilə paylaşaraq dostunuzun ilk sifarişindən 3 AZN bonus qazana bilərsiniz. Sizin promokodu istifadə edən dostunuz da ilk sifarişi üçün 3 AZN bonus qazanır.
- Voop mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri daxilində QR-kod skanerin olmasıdır. Magazadan, aptekdən, restorandan və s. aldığınız qəbzlərin QR-kodunu Voop skanerində oxudaraq əlavə olaraq bonus qazanırsınız.
Voop, mütəmadi olaraq müxtəlif restoran və kafelər ilə aksiyalar təşkil edir. Bu, istifadəçiyə sevdiyi yeməkləri daha sərfəli qiymətlərlə sifariş verməyə və ya bir sıra restoranlardan pulsuz çatdırılmadan faydalanmağa imkan verir. Restoranlar, menyular və mövcud aksiyalar ilə bağlı ətraflı məlumat ilə Voop mobil tətiqində tanış ola bilərsiniz.
Voop-un fəaliyyəti istifadəçilərə sevdikləri restoranlardan arzuladıqları təamları tez və operativ şəkildə çatdırmaqdır. Rahat interfeysi və geniş restoran seçimi ilə zövqünüzə uyğun yeməyi sifariş edərək Voop-un yüksək xidmətindən yararlana bilərsiniz.
Mobil tətbiqi yükləmək üçün - cutt.ly/llyDVcp