Paşinyanın istefasını tələb edənlər iki sutkadır çadırda gecələyir - FOTO
Tarix: 27-02-2021, 11:38Xəbərə baxış: 116
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər ikinci sutkanı ölkə parlamentinin qarşısında quraşdırdıqları çadır düşərgədə keçiriblər. "RegionTV.info" xəbər verir ki, çadırlarda ümumilikdə 20-30 nəfər var. Polis əməkdaşları çadır düşərgəsi quraşdırılan əraziyə giriş-çıxışı bağlayıb. Gündüz saatlarında istefa tələb edənlər mitinq keçirəcək.