Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

32 ildir həbsdə olan “Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir

Azərbaycanda ömürlük cəzaya məhkum edilən - “Qurbaşı” dəstəsinin sağ qalan üzvlərindən biri Çingiz Paşayev yenidən məhkəməyə müraciət edib.

"RegionTV.info"  xəbər verir ki, o, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyir.
Ç.Paşayevin təqdimatı Qaradağ Rayon Məhkəməsinə daxil olub. Lakin məhkəmə təqdimatı təmin etməyib. Qərardan narazı qalan məhkum Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Hazırda məhkəmədə onun müraciətinə baxılır. Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, “Qurbaşı” dəstəsinin üzvlərindən olan Ç.Paşayev hazırda Qobustan qapalı həbsxanasında cəza çəkir. Ölüm cəzasına məhkum olunmuş “Qurbaşı” dəstəsinin beş üzvündən yalnız Ç.Paşayevlə Əli Quliyev sağ qalıb. Digərləri isə həbsxananın divarları arasında dünyasını dəyişib.
1989-cu ilin əvvəlində 14 nəfərdən ibarət qrup həbs olunub. Ən son saxlanılan Ə.Quliyev və Ç.Paşayev olub. 14 müttəhimdən beşi ən ağır cəza - ölüm cəzasına məhkum edilib. Daha sonra ölüm cəzası yüngünləşdirilərək ömürlük cəzası ilə əvəz edilib.

Dəstə üzvləri üç ayrı SSRİ ərazi subyektinin Cinayət Məcəlləsi əsasında mühakimə olunub. Azərbaycan SSR-nin Cinayət Məcəlləsinə (1984-cü il redaksiyası) əsasən, həmin şəxslər quldurluqda, iri məbləğli talanda, ağır hallarda dəstə şəklində qəsdən adam öldürmə, qəsdən adam öldürmənin təşkili, həyata keçirilməsi və iştirakda təqsirləndirilib.

RSFSR Cinayət Məcəlləsi üzrə onlara quldurluq, qəsdən adam öldürmədə iştirak kimi ittihamlar tövsif olunub. Dəstə üzvləri, bundan başqa, Gürcüstan Respublikasının Cinayət Məcəlləsi əsasında mühakimə olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də