Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"RegionTV.info" xəbər verir ki hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Asif Məhərrəmov küçəsində 1984-cü il təvəllüdlü Həsənova Kəmalə Təzəxan qızı evlərinin yaxınlığında avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının sınığı diaqnozu qoyulub.
Xəbəri paylaş