Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib."RegionTV.info" xəbər verir ki, 46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində aparılan axtarışlar nəticəsində tapılıb.
Şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.


