İranın şərqində yerləşən Gülüstan əyalətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 34 nəfərə yüksəlib.
“Report” ISNA-ya istinadən xəbər verir ki, bu barədə tibb işçiləri məlumat veriblər.
Bildirilib ki, 17 yaralı xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində yardım göstərilib.
Qeyd edək ki, sentyabrın 7-də gecə saatlarında Gülüstan əyalətinin Ramian şəhərində 5,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.