
"RegionTV.info"nun xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.
"Məsələ burasındadır ki, 1997-ci ildə Azərbaycanda doğulan şəxslərin gözlənilən ömür uzunluğu 71 ildir. 65 yaşında pensiya çıxan həmin şəxslər belə çıxır ki, orta hesabla 6 il pensiya alacaqlar, amma onlar pensiya çıxanda yığdıqları pensiya kapitalını 12 ilə, yəni 144 aya bölüb, ona aylıq ödənişlər ediləcək. Belə şəxslər ən yaxşı halda ödədiyi pulun 6 ilini, yəni 72 ayını ala biləcəklər. Bəs, qalan 72 ayın ödənişindən nədən danışmırsınız? Nədən gözlənilən ömür müddəti ilə pensiya yaşı arasında fərq 6 il olduğu halda onun ödənişi 12 ilə bölüb 6 ilini vermirsiniz? İllərlə sığorta haqqı ödəyib, pensiya kapitalı formalaşdırıb, pensiya yaşına çatmayanların hesabında olan ödənişlərdən niyə danışmırsınız?” – Q.İbadoğlu bildirib.