DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Gədəbəy rayonunun Saratovka kəndində atın ayaqlarından ağacdan asılmasına münasibət bildirilib.
Qurumun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov BAKU.WS-in bölgə müxbirinə bildirib ki, faktla bağlı araşdırma aparılır:
“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğlu hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ona məxsus atın ağacdan asıldığını bildirib və hadisənin araşdırılmasını istəyib.
QALEREYA