
"RegionTV.info" xəbər verir ki, HİT.Az-a daxil olan məlumatda Elxan İbrahimovun işdən çıxarılmasının səbəbləri açıqlanmır. Amma bəzi ehtimallara görə, bu, onun qeyri-qənaətbəxş fəaliyyətilə əlaqəlidir.
Qeyd edək ki, Elxan İbrahimov general-mayor Natiq Əliyevi əvəz edirdi. Natiq Əliyev ötən ilin iyununda ehtiyata buraxılıb.
HİT.Az Elxan İbrahimovun işdən çıxarılması barədə xəbəri Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək istəsə də, mümkün olmayıb.