
"RegionTV.info" xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, AXCP üzvü bu gün "Ana harayı" abidəsini ziyarət edən zaman ona yaxınlaşaraq sual verən blogerə qarşı nalayiq ifadələr işlədib:
"Bundan sonra blogerin müraciəti əsasında Seymur Həzi polis bölməsinə aparılıb. Orada onunla profilaktik söhbət aparıldıqdan sonra izahatı alınaraq sərbəst buraxılıb".