Yevlax rayon sakini faciəvi şəkildə ölüb. "RegionTV.info"nun məlumatına görə, hadisə rayonun Kolanı kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal Mehrəliyevi elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.