"RegionTV.info"
Onik Qasparyanla Qarabağ separatçılarının terrorçu lideri Araik Arutyunyan arasında görüş gərgin keçib.
Bu məlumatı “168 Jam” qəzeti yayıb. Məlumata görə, görüş zamanı Arutyunyan Qasparyana təzyiq etməyə cəhd edib. Buna imkan verməyən Qasparyan Arutyunyana şillə vurub və görüş bununla da başa çatıb.
Qeyd edək ki, A.Arutyunyan Nikol Paşinyanla Baş Qərargah arasında yaranmış gərginliyin nizamlanmasında vasitəçilik edəcəyini bildirmiş və ötən gün Onik Qasparyanla görüş keçirmişdi. Görüşdə Qasparyanı istefaya çağırması barədə yayılan məlumatları isə o, gecə saatlarında təkzib etmişdi.
Xəbəri paylaş