Bakıda qadına qarşı dələduzluq edilib.
"RegionTV.info"nun xəbərinə görə, Elçin Sadıqov adlı şəxs Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış binasındakı 2 otaqlı mənzilini vətəndaş X.Həsənovaya 16 min manata satıb.
Razılaşma əsasında məzilə köçən qadın bir müddət orada yaşayıb. Ancaq X.Həsənova mənzilin sənədləşməsi işini həll edə bilmədikdə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Araşdırma zamanı məlum olub ki, E.Sadıqovun həmin evi satmaq hüququ yox imiş. Daha sonra E.Sadıqov məsuliyyətə cəlb edilib və o, qadına dəyən maddi ziyanı geri qaytarıb.
Xəbəri paylaş