
"RegionTV.info" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında bildirib.
“Bizim gələcək haqqında dəqiq mövqeyimiz var. Biz istənilən inteqrasiya formasına hazırıq. Bu gün Rusiya sülhməramlılarının yerləşdiyi yerə gəldikdə, o ərazilərdə o qədər də çox adam yaşamır.
Prezident həmçinin vurğulayıb ki, Xankəndi və digər ərazilərin inteqrasiyası qaçılmaz prosesdir.
Ümumiyyətlə, Xankəndinin və ermənilərin yaşadığı digər ərazilərin inteqrasiyası qaçılmaz prosesdir. Bunu anlamaq lazımdır. Bunun tarixi perspektivini anlamaq lazımdır. Ermənistan əməkdaşlıq etməsə, yalnız zəifləyəcəkdir. Onlar indi Artsax dövləti haqqında danışırlar, belə bir dövlət heç vaxt olmayıb və olmayacaq da. Bu ağılsız fikirlərdən uzaqlaşmaq lazımdır.
— İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti