Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib
Tarix: 26-02-2021, 10:14 Xəbərə baxış: 180
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib."RegionTV.info" xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırım qurbanlarının xatirəsinə ehtiramını bildirib.