
"RegionTV.info" xəbər verir ki, bunu Fransa Baş naziri Jan Kasteks açıqlamasında bildirib.
O, qeyd edib ki, ölkə daxilində epidemioloji vəziyyət son günlərdə nəzərəçarpacaq dərəcədə pisləşib: "Hazırda göstəricilər noyabr ayında müşahidə olunan səviyyəyə qayıdıb. Çərşənbə günü 30 mindən çox yeni yoluxma qeydə alınıb”.
Hökumət başçısı ölkənin 20 əyalətində, o cümlədən həftə sonları özünütəcrid rejiminin tətbiq olunduğu Parisdə və şimalda yerləşən bəzi departamentlərdə vəziyyətin xüsusilə narahatedici olduğunu deyib: "Bu ərazilər xüsusilə nəzarət altına alınacaq. Vəziyyət pisləşməyə davam edərsə, martın 6-dan etibarən daha sərt tədbirlər görəcəyik”.