Rusiyanın Skopin şəhərində iki məktəblini qaçırdaraq təqribən 4 il bunkerdə saxlayan, bu müddət ərzində onlara təcavüz və işgəncə verən manyak Viktor Moxov martın 3-də azadllığa çıxacaq.RegionTV.info bildirir ki, onun qurbanlarından biri Yekaterina Martınova bununla bağlı münasibət bildirib.
Qadın etiraf edib ki, bu tarix öncəsi bərk həyəcan keçirir, ancaq Moxovun azadlığı barədə bir il əvvəldən düşünməyə başlayıb.
"Qorxduğum üçün deyil, məni 3,5 illik normal həyatdan məhrum edən əzabkeşimin tezliklə sərbəst buraxılaraq normal həyat sürməyə davam etməsi qəribədir", - deyə o bildirib.
Xəbəri paylaş