Tərtər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"RegionTV.info"nun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Minik avtomobilinin aşması zamanı sərnişin, 1991-ci il təvəllüdlü Quliyev Cahid Hüseyn oğlu müxtəlif xəsarətlər alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona döş fəqərələrinin sınığı diaqnozu qoyulub. Lakin C.Quliyevin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Yaralı cərrahi əməliyyat olunub.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbəri paylaş