Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi - FOTO

Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olunub.
"RegionTV.info"  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində təyinat olub.

 
Səbail Rayon İcra Hakimiyyəti başçısının əmri ilə qeyd olunan şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Orxan Xəqani oğlu Aydınov təyin edilib.

Qeyd edək ki, Orxan Aydınov 2016-cı ildən Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də