Gəncə şəhərində sürücü ehtiyatsızlıqdan az yaşlını avtomobillə vurub.
"RegionTV.info"nun verdiyi məlumata görə, hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində qeydə alınıb.
Binanın qarşısında oynayan 10 yaşlı İ.H-ni avtomobil vurub. Uşaq təcili olaraq Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Xəbəri paylaş