Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb

Tərtər rayonu ərazisində yol qəzası baş verib.

"RegionTV.info"nun  mlumatına görə, hadisə işğaldan azad edilmiş Suqovuşan-Talış kənd yolunda qeydə alınıb.

Belə ki, Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbi ilə idarəetməni itirib və yolun kənarına aşıb.

Nəticədə A.İsmayılov və onun yanında olan sərnişinlər - Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Nicat Quliyev, Çaylı kənd kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Göyüş Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də