Əməkdar artist Zöhrə Abdullayevanın səhhətində problem yaranıb. Ayaqları ağrıyan müğənni neçə gündür xəstəxanaya yerləşdirilib.
"RegionTV.info" xəbər verir ki, bu haqda ifaçı "axşam.az"a açıqlamasında deyib.
O bildirib ki, revmatizmdən əziyyət çəkir: "Bu gün səhər xəstəxanadan çıxdım, indi yaxşıyam. Səhv müalicələrlə məni qara günə qoydular. Professor Sahib Musayev məni xilas edib. Revmatizmdən sümüklərim ağrıyırdı. Həm də balamı istəyirəm".
Aparıcı Zaur Kamal isə "Həmin Zaur" proqramında Z.Abdullayeva haqda "Deyir, xəstəyəm, ayaqlarım tutulub. Əlil arabasında aparıb gətirirlər" sözlərini söyləyib.
Qeyd edək ki, müğənni bir neçə il əvvəl oğlunu itirib.
Xəbəri paylaş