Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində anıldı - VİDEO

Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə Türkiyə Böyük Millət Məclisində sərgi təşkil edilib.
"RegionTV.info"  məlumat verir ki, anım mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış edib.
Ondan sonra çıxış edən Türkiyə parlamentinin sədri Mustafa Şəntop Xocalı soyqırımının dəhşətli səhnələrindən bəhs edib.
“Bu vəhşiliyi fotolarla, rəsmlərlə görmək istəməyən gözlərə, kəlmələrlə eşitmək istəməyən qulaqlara hayqırmağa davam edəcəyik”, - deyə o bildirib.

Şəntop qeyd edib ki, bəşəriyyət tarixinin ən qəddar qətliamlarından biri Xocalıda baş verib: “Bu il qardaşlarımızı anmaq üçün bir araya gəldik. Soyqırımdan məsul olanlar gec-tez ədalət qarşısında cavab verəcəklər”.

“Vəhşilikdən sonra Xocalıya gedən fransalı jurnalist “Xocalı qətliamının şahidi olduq, cəsədlər arasında qadınlar, qocalar, uşaqlar və şəhərin müdafiəçiləri var idi. Alman nasistlərinin vəhşiliyini oxudum, amma ermənilərin törətdikləri vəhşiliklər onları üstələdilər” deyib”, - deyə Türkiyə parlamentinin sədri qeyd edib.

Şəntop vurğulayıb ki, bütün dünyanın gözləri önündə gerçəkləşməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin göz yumduğu bu vəhşiliyin ağrısını Türkiyə hər zaman ürəyində hiss edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də