RegionTV.info bildirir ki, Moskvada Azərbaycan restoranına hücum edn Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt, Nareq Petrosyan və Razmiq Sahakyan Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (bir qrup şəxs tərəfindən silah kimi istifadə olunan vasitələrdən istifadə edərək xuliqanlıq) təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.
Xatırladaq ki, ötən ilin iyul ayında Moskvada Bratislava küçəsində yerləşən Azərbaycan restoranına hücum olub.
Xəbəri paylaş