
"RegionTV.info" xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
Onun sözlərinə görə, daşınmaların bərpası üçün müəyyən hazırlıq tələb olunur: “İki gündən sonra dəmir yolları ilə hərəkət bərpa olunacaq və cədvəl elan ediləcək”.
Qeyd edək ki, bu gündən qonşu ölkədə şəhərlərarası nəqliyyat fəaliyyət göstərməyə başlayıb.