Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İri neft şirkəti Gürcüstan bazarına daxil olur

Gürcüstanın Neft və Qaz Agentliyi və Avstriya-Rumıniyanın “OMV Petrom” şirkəti arasında yaxın günlərdə saziş imzalanacaq.

"RegionTV.info"  xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.
Nazir bildirib ki, 2020-ci ilin yayında xarici şirkət Gürcüstanın Qara dəniz akvatoriyasında neft və qaz resurslarının axtarışı və hasilatı ilə bağlı tenderin qalibi olub. O, sənəddə əldə olunacaq məhsulun pay bölgüsünün təsdiqlənəcəyini qeyd edib.

N.Turnavanın sözlərinə görə, “OMV Petrom” kimi iri şirkətin Gürcüstan bazarına daxil olması ölkədə dayanıqlı investisiya mühitinin olduğunu sübut edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də