Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda çörəyin qiymətinin bahalaşması xəbərinə RƏSMİ AÇIQLAMA

Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.

"RegionTV.info"  xəbər verir ki,  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.
İstehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda istehlakçılardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel: 498-15-01, 498-15-04).

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də