Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Beyləqanda itkin düşən şəhid anası Bakıda tapıldı

Beyləqanda bir həftə əvvəl itkin düşmüş Adilə Nəsirova tapılıb.
RegionTV.info bildirir ki, bu barədə APA-ya qadının oğlu Tərlan Əliyev məlumat verib.
O bildirib ki, anası rayondan gələrək paytaxtın Yasamal rayonunda kirayə evə köçüb. Evdən getməyinin səbəbi isə bir müddət hər kəsdən uzaqlaşmaq istəməsi olub.
Qeyd edək ki, Beyləqan rayonunun Gödəklər kəndində yaşayan 67 yaşlı A. Nəsirovanın oğlu Əliyev Rövşən Yaqub oğlu 1994-cü ildə şəhid olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də