Yaponiyada yanğın 77 hektar meşə zolağını məhv etdi
Tarix: 25-02-2021, 11:06Xəbərə baxış: 144
Yaponiyada meşə yanğınları baş verib. RegionTV.info bildirir ki, genişmiqyaslı yanğın paytaxt Tokionun şimalındakı Toçiqi əyalətində yaşanıb. Nəticədə 77 hektar meşə zolağı məhv olub. 200-dən çox ev zərər görüb. Sakinlər təxliyə ediliblər. Yanğının səbəbləri araşdırılır.