
"RegionTV.info" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 171 227-yə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 179-a yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 809 nəfərdir. İndiyədək 162 984 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 255 aktiv koronavirus xəstəsi var.