Pakistanla Azərbaycan arasında yeni aviareys açılır
Tarix: 25-02-2021, 10:52Xəbərə baxış: 126
"Pakistan Beynəlxalq Hava Yolları" (PIA) şirkəti Azərbaycana yeni reyslərin açılacağını elan edib. RegionTV.info bildirir ki, martın 14-dən etibarən Lahor-Bakı marşrutu ilə həftədə iki dəfə reyslər keçiriləcək. Bundan başqa, Pakistan aviaşirkəti Əfqanıstan və Özbəkistana olan reyslərin sayını artırmağı planlaşdırır.