Qarlı hava şəraiti ilə bağlı Bakıda 41 yol qəzası baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, bunlardan 32-si ötən gün, 9 qəza isə bu gün qeydə alınıb: "Fevralın 24-ü səhər 07 radələrindən gecə saat 00:00 - a qədər 32, fevralın 25-i saat 00:00 radələrindən indiyə qədər isə 9 qəza qeydə alınıb. Hadisələr nəticəsində ölən və yaralanan olmayıb. 200-dən artıq nəqliyyat vasitəsinə ziyan dəyib".
Xəbəri paylaş