Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
"RegionTV.info"nun məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,65 ABŞ dolları və ya 2,53% artaraq 66,77 dollar təşkil edib.
Xatiqladaq ki, ötən həftə ərzində (15-19 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 64,15 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,13 dollar və ya 3,4% çoxdur. Həftə ərzində ən yüksək göstərici (IV gün) – 64,78 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 63,68 dollar səviyyəsində olub.
Xəbəri paylaş