
"RegionTV.info" xəbər verir ki, bu barədə yerli mətbuat bildirib.
Qeyd edilir, taxtın 35 yaşlı varisi kral Ər-Riyadda kral Feysəl adına tibbi kompleksdə laparoskopiyanın köməyi ilə appendisit əməliyyatı keçirib.
Kral Salmanın oğlu Məhəmməd 2017-ci ildə vəliəhd elan edilib. Səudiyyə Ərəbistanında onun rəhbərliyi altında krallığın modernləşdirilməsi və elmi-texniki inkişafı üçün çoxsaylı liberal islahatlar və dəyişikliklər həyata keçirilir.