Ermənistan İraq Kürdüstan Regional hökumətinin nəzarət etdiyi Ərbil şəhərində Baş Konsulluq açıb.
"RegionTV.info" xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Baş konsul Arşak Manukyan konsulluğun açılışı tədbirində bildirib ki, muxtar hökumətlə Ermənistan arasında ikitərəfli əməkdaşlığın gündəliyi də müəyyənləşdirilib.
Qeyd olunub ki, Ermənistanla İraqın şimalındakı muxtariyyət arasında son illər ticarət əlaqələri genişlənib.
Xatırladaq ki, 2017-ci ildə Ermənistanın o vaxtkı prezidenti Serj Sarqsyan Ərbildə Baş Konsulluğun açılması haqqında sərəncam imzalamışdı.
Xəbəri paylaş