Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abramoviç üçün 145 metrlik yeni yaxta hazırlanır – FOTO

Milyonçu Roman Abramoviçin yeni yaxtası Almaniyanın "Lloyd Werft" tərsanəsində hazırlanır.RegionTV.info xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, "Solaris" adlı yaxtanın uzunluğu 145 metrdir. Onun gələn həftə suya salınacağı gözlənilir.
ilyonçunun 115 metrlik "Luna" yaxtası da 2010-cu ildə məhz adıçəkilən müəssisədə hazırlanıb. Sonradan həmin yaxta Fərhad Əhmədova satılıb.
Qeyd edək ki, R.Abramoviçin ən böyük yaxtası "Eclipse"dir. Onun uzunluğu 162.5 metrdir.

"Solaris"ə gəlincə, 36 sərnişin və 60 ekipaj üzvü üçün nəzərdə tutulmuş yaxtada 8 göyərtə, lift, idman zalı, vertolyot meydançası, cakuzi, eləcə də hovuz var.
Ekspertlərin fikrincə, onun qiyməti 250-450 milyon avro (515-930 milyon manat) arasındadır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də