
Məlumata görə, 2015-ci ildə evlənən cütlik üç il sonra ayrılıb. Keçən il Çen boşanma üçün müraciət edib, arvadı Von isə boşanmaya razılıq verməyib. Sonra qadın fikrini dəyişib və əmlak bölgüsü, həmçinin maddi təzminat tələb edib. O, oğluna tək baxdığını və ərinin ev işlərinə qarışmadığını bildirib. Beləliklə, Pekindəki məhkəmə, Çenin arvadına külli miqdarda məbləğ ödəməli olduğu barədə qərar verib.
Qeyd edək ki, Vona 50 000 yuandan əlavə, oğlunun qəyyumluğu verilib. Bundan başqa, əri ona ayda 2000 yuan (təxminən 525 AZN) məbləğ ödəməlidir.