Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hikmət Hacıyev: Türkiyənin hər zaman Azərbaycana yardım əli uzatdığını gördük

Türkiyə və Azərbaycan dost ölkələrdir. Biz hər zaman Türkiyənin qardaş Azərbaycana yardım əli uzatdığını gördük.
 
"RegionTV.info"  xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 56 ölkənin üzv olduğu İslam Həmrəyliyi Gənclər Forumunun ‘’Special Edition Talks’’ proqramında deyib.

H.Hacıyev bildirib ki, Türkiyə Azərbaycana dəstəyini davam etdirib, ədalətli və bərabər mövqe sərgiləyib. 44 günlük Vətən müharibəsində Azərbaycan Türkiyə xalqının onun yanında olduğunu, dəstəklədiyini görüb və bu xalqımızı çox sevindirib. Həm Türkiyə xalqının dəstəyi, həm də diplomat dəstək Azərbaycanı ruhlandırıb. Bu, müharibədə güc mənbəyi olub.

Xocalı faciəsi barədə danışan Hikmət Hacıyev qeyd edib ki, bu əməliyyat Azərbaycan xalqına qarşı soyqırım idi. Faciə zamanı aralarında uşaqlar, qocalar və qadınlar da olmaqla, 613 nəfər həyatını itirib. Bir çox təşkilatlar bunu insanlıq əleyhinə cinayət adlandırıblar. Bu əməliyyatın arxasında Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyann dayanırdı.

Hikmət Hacıyev xatırladıb ki, bu hərbi cinayətlər Ermənistan tərəfindən 44 günlük Vətən müharibəsində növbəti dəfə təkrarlanıb. Azərbaycanın mülki vətəndaşlarına atılan bombalar yüzlərlə dinc sakinin həlak olması ilə nəticələnib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də