"RegionTV.info" Azərbaycan XİN-ə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında, eyni zamanda çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı anlayışın mövcud olduğu qeyd olunub.
Nazir iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafına müsbət töhfə verdiyini bildirib və bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu ildə Azərbaycana səfərini xüsusilə qeyd edib.
Nazir, həmçinin Ukrayna xarici işlər nazirinin müavininə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, bölgədə yaranmış yeni təhlükəsizlik vəziyyəti və əməkdaşlıq imkanları barədə məlumat verib.
Nazir müavini Vasil Bodnar səmimi qəbula görə təşəkkür edərək, xarici işlər naziri Dmitro Kulebanın salamlarını çatdırdı, həmçinin həmkarının nazir
Ceyhun Bayramovu Ukraynaya dəvət etdiyini bildirib.
İkitərəfli münasibətlərin inkişafı üçün böyük perspektivlərin olduğu vurğulandı, bu xüsusda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacivliyi qeyd olunub.
Görüşdə tərəflər, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən QDİƏT çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
QALEREYA